“Bakı Yükdaşıma Nəqliyyat” ASC ləğv edilir və əmlakı səhmdarları arasında bölünəcək.
Azərbaycanda şirkət ləğv edilir – PULU SƏHMDARLAR ARASINDA BÖLÜNƏCƏK
«Bakı Yoltexnikatəmir» ASC-nin səhmdarları toplanır - İCLAS
FED.az xəbən verir ki, 10 sentyabr 2022-ci il tarixində, ləğvetmə prosesində olan «Bakı Yükdaşıma Nəqliyyat» ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Ümumi yığıncaqda Cəmiyyətin ləğvetmə balansının təsdiq edilməsi, ASC-nin Cəmiyyətin qalıq əmlakının səhmdarlar arasında bölünməsi planını əks etdirən hesabatın və əmlakın səhmdarlar arasında bölüşdürülməsi qaydasının təsdiq edilməsi müzakirə olunacaq.
Səhmdarlar yığıncaqda müzakirə ediləcək sənədlərlə hər həftənin iş günləri, saat 10.00-dan 13.00-dək cəmiyyətə gəlməklə tanış ola bilərlər. Yığıncaqda səhmdarların iştirakı vacibdir. Əlaqə telefonu - 070-660-77-46. Ünvan - Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, məhəllə 3095A, 23-cü Daglıq küçəsi.