Ləğvetmə prosesində olan “Sosialtikinti” ASC səhmdarlarının 7 sentyabr tarixində növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi 66 ünvanında keçiriləcək iclasda şirkətin ləğv edilməsi və onun vəsaitlərinin səhmlarlar arasında bölünməsi müzakirə ediləcək.
Ümumi yığıncağın gündəliyi:
1. Cəmiyyətin ləğvetmə balansının təsdiq edilməsi.
2. Cəmiyyətin qalıq pul vəsaitinin səhmdarlar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq edilməsi.
3. Qalıq pul vəsaitinin səhmdarlar arasında bölüşdürülməsi .
4. Digər məsələlər.
Səhmdarlar yığıncaqda müzakirə ediləcək sənədlərlə hər həftənin iş günləri, saat 10.00-dan 13.00-dək cəmiyyətə gəlməklə tanış ola bilərlər. Yığıncaqda bütün səhmdarların iştirakı vacibdir. Əlaqə telefonu- 070-914-29-63.