29 aprel 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Silk Vey Vest Aviaşirkəti” MMC-nin ümumi dəyəri 10 milyon dollar olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Eləcə də bax: SOCAR istiqraz sahiblərinə 1,125 milyon dollar ödəyəcək - TARİX AÇIQLANDI
FED.az xəbər verir ki, birjanın yaydığı məlumatda bildirilir ki, 5 may 2022-ci il tarixində “Silk Vey Vest Aviaşirkəti” MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 10 min ədəd, hər birinin nominal dəyəri 1000 dollar, illik faiz dərəcəsi 5%, tədavül müddəti 3 il, kupon faizlərinin ödəniş müddəti hər 3 aydan birdir.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.