SOCAR İstiqrazları üzrə ikincici kupon ödənişinə dair məlumat yayılıb.
Eləcə də bax: SOCAR istiqrazlarının növbəti kupon - ÖDƏNİŞİ OLACAQ
“SOCAR Capital” şirkətindən FED.az-a verilən məlumata istinadən, nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 4.5% olan və faizləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının 1 milyon 125 min dollarlıq növbəti kupon ödənişi 4 may tarixində (1, 2, 3 may tarixləri qeyri–iş günlərinə təsadüf etdiyindən, qanunvericiliyə əsasən, növbəti ilk iş günü) istiqraz sahiblərinin hesablarına köçürüləcək.
Sadəcə 6 aylıq müddət ərzində təkrar bazar əməliyyatları həcminin 21 milyon dollara çatması, bağlanmış əqd sayının 160-ı ötməsi və Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə alətinə çevrilməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatdan xəbər verir.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazları üzrə cari ilin aprel ayında Bakı Fond Birjasında bu günə qədərki ən yüksək qiymət olan 1094 dollar dəyərində əqdlər bağlanıb və istiqrazların qiyməti heç vaxt nominaldan (1000 dollar) aşağı düşməyib.
SOCAR İstiqrazlarının növbəti–üçüncü kupon ödənişi 1 avqust tarixində baş tutacaq.
Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və ya socaristiqraz.az saytına müraciət edə bilərsiniz.
«5 illik müddətə buraxılan və faizləri üçaylıq qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının növbəti – ikinci kupon ödənişi may ayının ilk iş günü – 4 may tarixində baş tutacaq. SOCAR İstiqrazlarının 2-ci faiz ödənişi nəticəsində 1,125 milyon dollar vəsait istiqraz sahiblərinin hesablarına köçürüləcək. Bununla da, investorların ümumi qazancı 2,25 milyon dollara yüksəlmiş olacaq.
Qarşıda daha 18 kupon ödənişi və 20,25 milyon dollar məbləğində gəlir istiqraz sahiblərini gözləyir»-deyə SOCAR-ın açıqlamasında bildirilir.