Amerikanın «Nvidia» şirkətinin rüblük hesabatının dərcindən sonra yarımkeçirici istehsalçılarının səhmləri kəskin artıb.
Qlobal bazarlarda son vəziyyət - İnvestAZ TƏQDİM EDİR
FED.az xəbər verir ki, mayın 24-də ticarətin bağlanmasından sonra Nvidia, 2023-cü ilin birinci rübü üçün gözləntiləri üstələyən nəticələri açıqlayıb. Hesabata görə, şirkətin gəliri illik müqayisədə 13 faiz azalaraq 7,19 milyard dollara düşüb (analitiklər rüblük satışları 6,52 milyard dollar proqnozlaşdırmışdılar). Bununla yanaşı, xalis mənfəət 2022-ci ilin birinci rübü ilə müqayisədə təxminən 26 faiz artaraq 2,04 milyard dollara çatıb.
“Günay Bank”ın qiymətli kağızları - DELİSTİNQ EDİLİB
Bazarlara şirkətin ikinci rüb üçün satış proqnozu daha çox təsir edib - təxminən 11 milyard dollarlıq proqnoz ekspertlərin hesablamalarından 50 faiz artıqdır.
Nvidia-nın qurucusu və baş direktoru Jensen Huang bildirib ki, süni intellekt texnologiyalarının artan populyarlığı ilə əlaqədar çiplərə tələbatın artması ilin ikinci yarısında əhəmiyyətli dərəcədə yüksək tədarüklərə imkan verəcək.
Optimist gözləntilər Amerika nəhənginin səhmlərinin kəskin artmasına səbəb oldu - onlar mayın 25-də premarket ticarətində təxminən 30 faiz əlavə etdilər. Səhmin qiyməti 374 dollara yüksəlib ki, bu da əvvəlki ticarət gününün bağlanışından 22 faiz çoxdur.
Son məlumatlara görə isə, «Nvidia»nin səhmləri bir qədər də artaraq 384 dollara yüksəlib.
Xatırladaq ki, 5 gün əvvəl şirkətin səhmləri 300-305 dollar ətrafında dəyişirdi, bir ay əvvəl isə 269 dollar olmuşdu. Başqa sözlə, son bir ayda «Nvidia»nın səhmləri 43% artıb.
«Nvidia» səhmlərinin artımı sektordakı digər şirkətlərin səhm qiymətlərində sıçrayışa səbəb olub.
Onların arasında Hollandiyanın «ASML» və Tayvandan olan «TSMC» şirkətləri də var. Onların səhmləri müvafiq olaraq 4 və 8 faizdən çox artıb.
«Nvidia» çipləri özü istehsal etmir, onlar «ASML» avadanlıqlarından istifadə edərək «TSMC» fabriklərində istehsal olunur. «Advanced Micro Devices» və «Micron Technology» kimi yarımkeçirici şirkətlərin səhmləri də mayın 25-də ticarət sessiyasının açılışından sonra - müvafiq olaraq 8,5 və 3,4 faiz artım göstərib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.