“Günay Bank” ASC-nin qiymətli kağızlarının delistinq edilməsi qərarı verilib
Əmanətlərin Sığortalanmasi Fondu “Günay Bank” ASC-nın - LƏĞVEDİCİSİ TƏYİN EDİLDİ
FED.az bu barədə BFB-yə istinadən xəbər verir.
Listinq Komitəsi tərəfindən Bakı Fond Birjasının listinq qaydalarının 13.1.2-ci bəndinə əsasən “Günay Bank” ASC-nin standart bazar seqmentində listinqdə saxlanılan AZ1003000168 ISIN kodlu qiymətli kağızının delistinq edilməsi qərarı alınmışdır.
Qeyd edək ki, Bakı Fond Birjasının listinq qaydalarına uyğun olaraq, delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcək və qiymətli kağızlar ticarətdən çıxarılacaqdır.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” Qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən “Günay Bank” ASC-nın lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdu.
Bakı Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli 2-3(103)-42/2023 saylı qərarı ilə “Günay Bank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanıb.
Bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu “Günay Bank” ASC-nın ləğvedicisi təyin edilib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.