Dünya birjalarında səhmləri ən sürətli artan şirkətlərdən biri məlum olub.
“Apple” səhmləri “Morgan Stanley”in tövsiyəsindən sonra rekord səviyyəyə çatıb
FED.az xəbər verir ki, 120 ildən çox tarixi olan «Abercrombie & Fitch» geyim şəbəkəsi (birja adı ANF) 2023-cü ildə rekord göstəricilər əldə edib.
Bütün dünyada 750-dən artıq mağazası olan şirkət ötən il 3,7 milyard dollar gəlir əldə edib.
1892-ci ildə yaradılan şirkət ənənəvi olaraq özünəməxsus stilə malik idi. Amma 2014-2015-ci illərdə şirkət ənənəvi çərçivələrdən çıxaraq daha geniş təbəqə üçün məhsulların buraxılışına başlayıb. Paralel olaraq «Abercrombie & Fitch» gəlir gətirməyən yerlərdəki mağazalarını bağlayıb – onlayn satışa üstünlük verməyə başlayıb. O vaxtdan şirkətin satışları və səhmləri artmaqdadır. 2017-ci ildən bəri səhmlər 1000%-dən çox bahalaşıb.
2018-ci ildə tarixində ilk dəfə olaraq «Abercrombie & Fitch»in səhmləri 1 milliard dolları keçib. 2023-cü ildə şirkət özünün 5 əsas brendi ilə inkişaf edib. Bunlar «Abercrombie & Fitch», «Abercrombie Kids», «Hollister», «Gilly Hicks Active» və «Social Tourist» brendləridir.
Son bir neçə ildə «Abercrombie»nin gəlirləri 7 dəfə artıb. Şirkət 2024-cü ilin mayında öz tarixinin ən yaxşı hesabatını açıqlayıb. Hesabata əsasən, sonuncu rübdə «Abercrombie & Fitch Co»nun gəlirləri 781 milyon dollar, təmiz mənfəəti 41,8 milyon dollar olub. Ümumilikdə 2023-də şirkətin təmiz mənfəəti 335 milyon dollar təşkil edib.
Nəticədə təkcə 2023-də şirkətin səhmlərinin qiyməti 285% artıb. Bu, il ərzində cəmi 24% artan «S&P 500»dakı səhmlərlə yanaşı, hətta «S&P 500»dəki 5 ən sürətli artan şirkətdən, o cümlədən «Nvidia» və «Meta»dan da yaxşı göstəricidir. Artım bu il də davam edir, son bir ildə qiymət artımı 327% və ya 4,2 dəfə olub.
Ötən həftənin sonunda şirkətin səhmlərinin bahalaşması hələ də davam edirdi – 159 dollar. Müqayisə üçün bildirək ki, ilin əvvəlində şirkətin səhmləri cəmi 91 dollar idi, o vaxtdan səhmlər 81% bahalaşıb.
Bir il əvvəl isə «Abercrombie & Fitch Co»nun səhmlərinin qiyməti 37 dollar idi, o vaxtdan bahalaşma 4,2 dəfə olub.
5 il əvvəl – 2019-cu ilin avqustunda isə «Abercrombie & Fitch Co»nun səhmləri cəmi 18 dollara alınıb-satılırdı. Yeri gəlmişkən, şirkətin səhmləri 2022-cü ildə də 14 dollara enmişdi – cəmi 2 il əvvəl, amma o vaxtdan qiymətlər 11 dəfə artıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.