Morgan Stanley analitiklərinin Apple səhmlərinin qiymət hədəfini 216 dollardan 273 dollara qaldırdıqdan sonra Apple səhmləri bazar ertəsi 2% dəyər qazandı.
Qlobal bazarlarda son vəziyyət - İnvestAZ TƏQDİM EDİR
FED.az xəbər verir ki, iyulun 15-də ABŞ-də qiymətli kağızlar 2.9% bahalaşaraq 237.23 dollar olub. Hal hazırda səhmin qiyməti 234,40 dollar təşkil edir.
Apple-ın təkmilləşdirilə bilən iPhone bazası, təkmilləşdirmə dərəcələri, yeni istifadəçi artımı və model çoxluğuna əsaslanan analitiklərin təhlilinə əsasən, Apple yaxın iki ildə təxminən 500 milyon iPhone tədarük etməyə hazırlaşır - 2025-ci maliyyə ilində 235 milyon və 2026-cı maliyyə ilində 262 milyon.
Bu, rekord 2021-2022-ci maliyyə dövrü ilə müqayisədə 6% artım deməkdir və iPhone 2026-cı maliyyə ilinə qədər orta satış qiymətində illik 5% artımla təxminən 485 milyard dollar ümumi gəlir və 8,70 dollarlıq bir səhm üzrə qazanc əldə edəcək. Bu rəqəmlər əvvəlki təxminlərdən 459 milyard dollar və hər səhm üçün 8,20 dollardan 7-9% çoxdur.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.