2021-ci ilin yanvar-sentyabr ayları üzrə Bakı Fond Birjasında ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsi hesabatına görə, “İnvestAZ İnvestisiya Şirkəti” QSC səhm bazarında həyata keçirdiyi əməliyyatların cəmi məbləğinə görə 10 investisiya şirkəti arasında 1-ci yeri tutub.
Eləcə də bax: “İnvestAZ”ın dəstəyi ilə daha bir şirkət - İSTİQRAZ BURAXIR
FED.az Bakı Fond Birjasınn hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin 9 ayında səhm bazarında cəmi 37 milyon 115 min 977 manatlıq cəmi dövriyyə (ticarət) qeydə alınıb. Dövriyyənin 37%-i və ya 13 milyon 868 min 167 manatı “İnvestAZ” vasitəsilə baş tutub.
“İnvestAZ” Korporativ istiqrazlar bazarında isə 160 milyon 171 min 787 manat dövriyyə ilə investisiya şirkətləri arasında 2-ci yerdədir. (Marja)
Eyni zamanda,“İnvestAZ” əməliyyatların sayına görə 3 investisiya şirkətindən biridir.
InvestAZ Azərbaycanın müxtəlif sektorlarında fəaliyyət göstərən şirkət və səhmdar cəmiyyətlərin səhmlərinə, istiqrazlarına yatırım imkanları təqdim edir.