Amerika Birləşmiş Ştatlarının inanılmaz dərəədə inkişaft etmiş biznes və fond bazarları şirkətlərə yeni yeni xidmətlər və əlavə müştərilərin cəlbi üçün imkanlar açır.
Azərbaycanda təyyarələrin sığortasına maraq 3 dəfə artıb
FED.az xəbər verir ki, bu imkanlar aviasiya sektorunda, daha dəqiqi təyyarə ilç sərnişin daşımalarında da var. Ona ən maraqlı misallardan biri ABŞ-ın «Wheels Up Experience Inc» şirkətinin tarixçəsidir.
Bu şirkət ənənəvi avişirkətlərdən fərqli olaraq müştəriərinə özəl və ya korporativ uçuşlar, eləcə də üxtəlif üzvlük və abunəçilik əsasında sərfəli qiymətə uçuşlar təqdim edir. Yeri gəlmişən, ötən həftə «Wheels Up Experience Inc»in səhmləri 2 dəfədən çox bahalaşaraq 4 dollara yatışıb, bu barədə daha ətraflı FED.az-ın «Birja» rubrikasından məlmat almaq olar.
Beləliklə, «Wheels Up» dünyanın ən böyük özəl sifarişlə işləyən avişirkətlərindən biridir. Şirkət 2013-cü ild Kenni Dixter tərəfindən yaradılıb. Burada «abunəçilik/sifariş» biznes modeli qurulub. Yəni «Wheels Up»ın üzvləri (və ya abunəçiləri) sadəcə mobel tətbiqdən istifadə edərək bu şirkətin parkından və ya başqa şirkətlərdən təyyarə bronlaya bilərlər. Şirkət yaranan kimi 1,4 milyard dollar xərcləyərək 105 kiçik sərnişin təyyarəsi alıb.
2014-cü ildə «Wheels Up»ın 1000 üzvü, 27 ədəd yeni «King Air» və 10 ədəd tamamilə yenidən təmir edilmiş «Cessna Citation» təyyarəsi vardı 5 illik fəaliyyətdən sonra, yəni 2019-cu ildə «Wheels Up»ın təkcə ABŞ-da 5379 şəxsi və 379 korporativ müştərisi vardı. 2019-cu ildə 72 ədəd «King Air» və 20 ədəd «Citation» təyyarəsi vardı
2018-ci ildə «Wheels Up» yeni proqrama başlayıb – «Wheels Up Connect» adlanan birgə uçuşlar imkanını təqdim edib. «Connect»in iştirakçıları yalnız abunəçilər üçün nəzərdə tutulan elan lövhəsində uçuşlar barədə məlumatı görüb paylaşa bilərdilər. Burada məqsəd özəl uçuşları bir qədər demokratikləşidirmək və onları daha əlçatan etmək idi. 2019-cu ildə «Wheels Up» 24 yüngül təyyarəsi olan «Travel Management Company» şirkətini də alıb özünə birləşdirib. Elə həsin il «Wheels Up» şirkəti B2B platforması olan «Avianis» şirkətini alıb. Bu şirkət operatorlar və brokerlər arasında əlaqə yaradır.
«Wheels Up»ın u aktivliyi bazarın liderlərinin diqqətini cəlb edib. 2019-cu ilin sonunda Delta Air Lines bu şirkətin əvvəlcə səhmlərinin böyük hissəsini, 2023-cü ildə isə tamamilə alıb və özünün «Delta Private Jets» şirkətinə birləşdirib. Sonuncu o vaxtadək 70 biznes-jet təyyarəsinə malik idi.
Hazırda «Wheels Up Group» ABŞ-da özəl təyyarələrin operatorluğu üzrə ikinci ən böyük şirkət sayılır.
2021-ci ilin iyununda «Wheels Up» özəl aviaşirkıtlər arasında ilk dəfə olaraq İPO etdi və səhmlərini Nyu-York birjasında satışa çıxardı. Amma bundan sonra keçən dövr ərzində şirkət ciddi maliyyə itkiləri ilə üzləşdi və artıq 2023-cü ildə 100 milyonlarla dollar itirdi. Şirkətin səhmlərinin qiyməti 10 dollardan 4 sentə düşdü. Ümumi dəyəri isə 2 milyard dollardan 100 milyona endi. 2023-cü ilin ilk rübünün nəticələrinə görə, şirkət 101 milyon dollar zərər etmişdi.
Vəziyyət o həddə çatdı ki, şirkətin səhmlərinin Nyu-York birjasının listinqindən çıxarılması təhlükəsi yarandı.
Məhz həmin vaxt «Delta Air Lines» şirkəti «Wheels Up»ı bütünlüklə aldı ki, maliyyə problemlərinin həll eləsin.
Bu işlər nəticəsini verib, artıq 2024-cü ilin əvvəlindən qiymətlər yenidən artmağa başlayıb. Ötən həftə isə “Wheels Up Experience Inc” şirkətinin səhminin dəyəri 112% və ya 2,1 dəfə artaraq 4 dollara, bazar dəyəri isə 2,79 milyard dollara yüksəlib. Artımın səbəbi “Wheels Up Experience Inc” şirkətinin «Delta Airlines» ilə qlobal çarter imkanlarını genişləndirməsi barədə müqavilə imzalaması olub.
Bu tərəfdaşlıq «Wheels Up»a daha geniş aviasiya xidmətdəri həyata keçirməyə, o cümlədən müştərilərə hər səfər üçün onların xüsusi ehtiyaclarına uyğunlaşdırılmış səyahət variantları təklif etmək imkanı verəcək.