Azərbaycanda hava nəqliyyatı vasitələrinin sığortası üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-may aylarında bu növ sığorta üzrə yığımlar 5 milyon 613 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 642 min manat və ya 2,8 dəfə çoxdur.
Ötən ilin yanva-may aylarında bu göstərici 1 milyon 971 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 50 min manat təşkil edib.
Ötən ilin eyni dövründə sığorta ödənişləri edilməmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 1% təşkil edib.