Qızıl bazarında bu gün cüzi artım müşahidə olunub.
Kriptovalyuta nəhəngi Bitcoin 110 min dollarda dayandı
FED.az xəbər verir ki, son göstəricilərə görə, 1 unsiya qızılın qiyməti 4 255,67 dollar olub ki, bu da əvvəlki günlə müqayisədə 5,68 dollar və ya 0,13% artım deməkdir. Hazırkı göstəricilərlə 1 unsiya (təxminən 31,1 qram) qızılın 1 qramı təxminən 136,8 dollar, yəni təxminən 233 manat təşkil edir.
Son 30 gün ərzində qızılın dəyəri 509,61 dollar (+13,62%), 6 ayda isə 934,81 dollar (+28,2%) artıb. Uzunmüddətli göstəricilərdə isə daha böyük rəqəmlər görünür. Belə ki, son 1 ildə qızılın qiyməti 1 504,02 dollar və ya 54,77%, son 5 ildə isə 120,71% yüksəlib. 20 illik müqayisədə isə artım 817,44% kimi rekord səviyyəyə çatıb.
Beləliklə, qızıl qiymətləri son günlərdə stabilləşsə də, ümumi artım tendensiyası davam edir. Mütəxəssislər bu sabit artımı qlobal iqtisadi qeyri-müəyyənlik, faiz dərəcələrinin dəyişməsi və investorların təhlükəsiz aktivlərə üstünlük verməsi ilə əlaqələndirirlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.