Bitcoin son günlərdə yenidən investorların diqqət mərkəzinə çevrilib.
Qızılın qiyməti 5000 dollara qalxacaq - "Bank of America"dan yeni proqnoz
FED.az xəbər verir ki, dünyanın ən böyük kriptovalyutası olan Bitcoin-in qiyməti hazırda 110 443 dollar səviyyəsində qərarlaşıb. Son 24 saatda isə onun dəyəri 3,1% azalıb. Həftəlik göstəricilərə baxdıqda ucuzlaşma daha çoxdur - 3,6%. Qısamüddətli azalmalara baxmayaraq Bitcoin bu il ümumilikdə təxminən 14% bahalaşıb. Bu göstərici göstərir ki, qısamüddətli dalğalanmalara baxmayaraq, uzunmüddətli perspektivdə kriptovalyutanın dəyəri artmaqda davam edir.
Bazar dəyəri 2,2 trilyon dolları keçən Bitcoin hazırda kriptovalyuta bazarında liderliyini qoruyur. Son bir gündə 56,7 milyard dollar həcmində Bitcoin alqı və satqısı həyata keçirilib.
Dövriyyədə olan Bitcoin sayı 19,93 milyon BTC səviyyəsindədir. Bu da o deməkdir ki, maksimum 21 milyonluq təklifin artıq böyük hissəsi bazardadır və yeni Bitcoin-lərin hasilatı getdikcə azalır.
Analitiklər bildirirlər ki, yaxın aylarda investor davranışları və ABŞ maliyyə siyasəti Bitcoin-in qiymətinin gələcək istiqamətini müəyyənləşdirəcək.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.