Çikaqo birjasında buğda 2,95% bahalaşaraq buşel üçün 6,81 dollara çatıb.
Taxıl müqaviləsi pozulsa Kiyev - AYDA 500 MİLYON DOLLAR İTİRƏCƏK
FED.az bu barədə birja məlumatlarına istinadən xəbər verir.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov "Taxıl sazişi"nin müddətinin başa çatdığını və sənədin vaxtının uzadılmadığını deyib. O bildirib ki, Rusiyanın “Taxıl sazişi” ilə bağlı mövqeyi iyulun 17-də Krım körpüsünə hücumdan əvvəl də açıqlanıb və hadisə məsələyə təsir göstərməyəcək. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.