Son bir neçə saat ərzində Moskva Birjasının indeksi 10,4 % azalaraq 1 trilyon rubl itirib.
Eləcə də bax: “LXR” və "DXR" separatçıları Rusiyaya birləşmək üçün referendum - TƏYİN EDİB
FED.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Rusiyada mümkün səfərbərlik və Ukraynanın işğal altında olan ərazilərində Rusiyanın tərkibinə daxil olmaqla bağlı refendumların təyin olunması barədə xəbərlər fonunda baş verib.
Son nəticədə Rusiyanın təbii qaz inhisarçısı - “Qazprom” şirkətinin səhmləri 10,2 %, “Lukoil”un səhmləri 10,6 %, “Rosneft” səhmləri 7,5 %, “Sberbank” səhmləri isə 6,3 % ucuzlaşıb. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.