Rusiya Dövlət Duması ölkə ərazisində kriptovalyuta satışını tənzimləyən qanunu təsdiqləyib.
“Bitcoin”in məzənnəsi bir gündə 3 min dollardan çox düşüb
FED.az xəbər verir ki, bu barədə informasiya qanunverici orqanın saytında yerləşdirilib.
Sənəddə göstərilir ki, bu fəaliyyətlə bilavasitə Rusiya ərazisində qeydiyyatdan keçən hüquqi şəxslər və fərdi sahibkarlar məşğul ola bilər. Fərdi sahibkar statusu olmayanlar üçün isə qanun limit müəyyənləşdirib. Eyni zamanda hökumətə Rusiyanın ayrı-ayrı regionlarında kriptovalyuta ticarətinə qadağa tətbiq etmək səlahiyyəti verilib.
Kriptovalyuta ticarəti ilə məşğul olanlar üçün tələblər yalnız Mərkəzi Bankın razılığı ilə hökumət tərəfindən müəyyənləşdirilə bilər. Bu şəxslər həmçinin kriptovalyutanı aldıqları mənbələrlə bağlı məlumatları müvafiq səlahiyyətli orqana təqdim etməlidir.
Eyni zamanda satış fəaliyyəti ilə məşğul olanlar bu qaydaları pozsa, onların serverlərinin gərginliyi azaldılacaq və ya onlar xəbərdarlıq olunmadan elektrik şəbəkəsindən ayrılacaq.
2024-cü il, noyabrın 1-dən qüvvəyə minəcək sənədə əsasən ölkə ərazisində kriptovalyutaların reklamı qadağan edilib. (Apa)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.