Kriptovalyuta bazarında son 24 saat ərzində böyük bir hərəkət var.
FED.az xəbər verir ki, bazar dəyərinə görə ən böyük kriptovalyuta olan Bitcoin (BTC) 67,000 dollar səviyyəsindən aşağı düşüb. Son 24 saat ərzində kriptovalyuta təxminən 4% və ya 3 min dollardan çox itirib.
Qlobal birjalarda son vəziyyət - İnvestAZ TƏQDİM EDİR
Bitcoin ilə yanaşı, bazar kapitallaşması baxımından ikinci ən böyük kriptovalyuta olan Ethereum (ETH) treyderləri də oxşar vəziyyətlə qarşılaşıblar. Ethereum son 24 saat ərzində təxminən 1,7% düşüb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.