Rusiyada dolların məzənnəsi 2023-cü ildə ilk dəfə olaraq 74 rubldan yuxarı qalxıb.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
FED.az xəbər verir ki, bu 2022-ci ilin aprel ayının sonundan bəri dolların ən yüksək qiymətidir.
Moskva birjasının məlumatına görə, dolların məzənnəsi Moskva vaxtı ilə saat 7:42-də 21 qəpik bahalaşıb. - 74,01 rubla, avro isə cəmi üç qəpik artaraq 79,28 rubla, yuan isə bir qədər ucuzlaşaraq 10,8 rubla düşüb.
Bundan bir gün əvvəl də Rusiya rublunun məzənnəsi aparıcı dünya valyutalarına nisbətən minimuma enib.
Fevralın 13-də Moskva birjasında (Mosbirje) ticarət zamanı avronun məzənnəsi 2022-ci ilin aprelindən bəri ilk dəfə 79 rubldan yuxarı qalxıb. Bununla belə, əsas sessiyanın sonuna yaxın avro bir qədər ucuzlaşıb - 78,98 rubl.
Rusiya valyutası ABŞ dolları və Çin yuanı qarşısında da zəifləyib. Bu müddət ərzində dolların məzənnəsi 42 qəpik artaraq 73,81 rubla, yuan isə 5 qəpik bahalaşıb və 10,8 rubl olub.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür