Rusiyada dolların məzənnəsi daha bir rekord vurub.
Region valyutaları - DƏYƏR İTİRMƏKDƏDİR
FED.az xəbər verir ki, 2022-ci ilin mart ayının sonundan bəri ilk dəfə olaraq Rusiyada dolların məzənnəsi 88 rublu, avronun məzənnəsi isə 96 rublu keçib.
Moskva birjasının məlumatına görə, dollar Moskva vaxtı ilə saat 09:17-də dollar 0,52% artaraq 88,02 rubl olub, sonuncu dəfə dolların belə məzənnəsi bir ildən də artıq müddət əvvəl - 29 mart 2022-ci ildə olub.
Avronun məzənnəsi isə əvvəlcə 0,7% artaraq 95,76 rubla yüksəlib, sonra isə daha da bahalaşaraq Moskva vaxtı ilə saat 09:32-də 96,06 rublu keçib. Avro sonuncu dəfə 29 mart 2022-ci ildə 96 səviyyəsindən yuxarı ticarət edilib.
Rusiyalı bəzi analitiklər dolların bahalaşmasını bəzi şirkətlərin dollara tələbatının kəskin artmasçı ilə izah ediblər: PSB-nin baş analitiki Eqor Jilnikov bildirir ki, bir qədər əvvəl «Maqnit» şirkəti xarici səhmdarlardan öz səhmlərini geri almağa başlayıb və buna görə də onun xarici valyutaya tələbatı artıb.
Bu sövdələşmə çərçivəsində şirkət Moskva birjasında bloklanmış xarici investorlardan öz səhmlərinin 10%-ə qədərini almaq niyyətindədir. RBC Investments bu sövdələşməni təhlil edərək yazıb ki, Magnit-ə qısa müddətdə 22,57 milyard rublluq dollar lazımdır, bu da Rusiya valyutasına təzyiq göstərə bilər.
«BCS World of Investments» analitikləri isə qeyd ediblər ki, texniki təhlil nöqteyi-nəzərindən dolların 92 rubla qədər artım potensialı var: «Amma dollar 90 rubla çatsa, 92-lik həll daha tez keçiləcək».
«Alor Broker» investisiya şirkətinin investisiya konsaltinqinin rəhbəri Aleksey Antonov da deyir ki, «90 rublluq hədəf yaxınlaşır və çox güman ki, əldə olunacaq».
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.