Moskva birjasında dolların məzənnəsi 29 dekabr 2023-cü il tarixindən etibarən ilk dəfə olaraq 89 rubldan aşağı düşüb.
2023-də rubl 30 faizə yaxın - UCUZLAŞIB
FED.az xəbər verir ki, bu barədə ticarət məlumatlarında bildirilir.
"Rublun möhkəmlənməsinin əsas səbəbi ixracatçıların bayram günlərindən sonra valyuta gəlirlərinin satışını bərpa etməsidir", - analitiklər qeyd ediblər.
Analitiklərin proqnozuna görə, dolların məzənnəsi 87,5-87,7 rubl səviyyələrinədək geriləyə bilər. (Marja)