ABŞ Ədliyyə Departamenti (DoJ), rəqiblərin süni intellektə güc verən çiplərin satışında bazardakı dominatlığından sui-istifadə edə biləcəyinə dair şikayətlərindən sonra Nvidia barəsində araşdırmaya başlayıb.
FED.az xarici mətbuata istinadən xəbər verir ki, DoJ müstəntiqləri Nvidia-nın bulud provayderlərinə çoxsaylı Nvidia məhsullarını almaq üçün təzyiq edib-etmədiyini araşdırır.
İstintaq həmçinin, müştəri Advanced Micro Devices və Intel kimi rəqiblərdən süni intellekt çiplərini almaq istəyərsə, Nvidia-nın şəbəkə qurğuları üçün daha yüksək qiymət tələb edib-etmədiyini araşdırır.
Süni intellekt çip bazarının təxminən 80%-i Nvidia-nın payına düşür.
Şirkət DOJ-nin məlumatı şərh etməyib, lakin tənzimləyicilərin tələb etdiyi hər hansı məlumatı təqdim edəcəyini bildirib.
"Biz onilliklər boyu investisiya və innovasiya əsasında rəqabət aparırıq, bütün qanunlara ciddi şəkildə riayət edirik", - Nvidia-nın sözçüsü Reuters-ə açıqlamasında bildirib.
DoJ Reuters-in şərh sorğusuna da dərhal cavab verməyib.
Məlumatda deyilir ki, müstəntiqlər daha ətraflı məlumat toplamaq üçün bir neçə Nvidia rəqibi ilə əlaqə saxlayıb.
ABŞ-da inhisarçılığa qarşı çıxan və texnoloji şirkətlərə dövlət nəzarətini tələb edən qruplar və demokrat senator Elizabeth Warren, rəqabətlə bağlı narahatlıqlar ilə əlaqədar olaraq Nvidia-nı araşdırmaq üçün DOJ-ə təzyiq edirdilər.
Nvidia səhmləri cümə günü Frankfurtda ABŞ hökumətinin rəqib çip istehsalçılarının şikayətlərindən sonra şirkətə qarşı antiinhisar araşdırması başlatması barədə yayılan xəbərlərdən sonra 2,3% ucuzlaşıb.
Nvidia səhmləri cümə axşamı Nyu-Yorkda 6,7% ucuzlaşıb (Marja).