"Xalq Kapital İnvestisiya Şirkəti" QSC-nin birja dövriyyəsi bu ilin yanvar ayında 14 milyon 396,7 min manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ki bu ötən ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 340,8 milyon manat və ya 24,7 dəfə azalıb.
Bu əməliyyatlar aylnız repo əməliyyatlarının hesabına formalaşıb.
Ötən iluin yanvar ayında da şirkətin brija dövriyyəsi məhz repo əməliyyatları hesabına formalaşmışdı.
Hesabat dövrünün nəticələrinə görə, «Xalq Kapital»ın əməliyyatlarının sayı 33 ədəd (12,9 dəfə) azalma ilə 3-ə bərabər olub.











