2026-cı ilin yanvar ayının yekunlarına əsasən, Bakı Fond Birjasında (BFB) fəaliyyət göstərən investisiya şirkətlərinin əməliyyat həcmi üzrə renkinqi məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ilin ilk ayında birja üzvlərinin dövriyyəsində milyardlarla manatlıq əməliyyatlar qeydə alınıb.
Cari ilin yanvar ayında renkinqə "ABB İnvest İnvestisiya Şirkəti" QSC başçılıq edir. Şirkətin əməliyyat həcmi 4 milyard 772 milyon 759 min manat təşkil edib.
Siyahının ikinci pilləsində "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb – şirkətin yanvar ayı üzrə dövriyyəsi 2 milyard 334 milyon 916 min manat olub.
"Assist Finance İnvestisiya Şirkəti" ASC 802 milyon 688 min manat göstərici ilə üçüncü sırada yer alıb. "CPM-İnvest İnvestisiya Şirkəti" QSC isə 734 milyon 355 min manat həcmlə dördüncü olub.
Digər investisiya şirkətlərinin yanvar ayı üzrə göstəriciləri aşağıdakı kimidir:
"Unicapital İnvestisiya Şirkəti" ASC – 298 milyon 164 min manat;
"İnvest-Az İnvestisiya Şirkəti" QSC – 218 milyon 130 min manat;
"Troni İnvestisiya Şirkəti" QSC – 101 milyon 14 min manat.
Qeyd edək ki, siyahı 2026-cı ilin ilk ayının (yanvar) dövriyyə məlumatlarını əks etdirir.











