30 iyun 2024-cü il saat 11.00–da “Elektrikməişətcihaz” ATSC səhmdarlarının növbəti illik ümumi yığınacağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan–Xocasən yolunun 9-cu km.ünvanında baş tutacaq.
Ümumi iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. ATSC-nin 2022-2023-cü illər üçün mühasibat balansı və illik hesabatın təsdiqi.
2. Səhmdar cəmiyyətinin müşahidə (direktorlar) şurasının, idarə heyətinin və maliyyə-təftiş komissiyasının yeni üzvlərinin seçilməsi.
3. Digər cari məsələlərin müzakirəsi.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.