2025-ci ilin yanvar-dekabr aylarının yekunlarına əsasən, "Unicapital İnvestisiya Şirkəti" ASC-nin birja əməliyyatları üzrə göstəriciləri məlum olub.
FED.az xəbər verir ki, şirkətin ümumi portfelində nəzərəçarpacaq artım qeydə alınıb.
Hesabat dövründə "Unicapital" tərəfindən həyata keçirilən əməliyyatların ümumi həcmi ötən illə müqayisədə 18,2% və ya 663 milyon 908 min manat artaraq 4 milyard 307 milyon 640 min manata çatıb. Xatırladaq ki, əvvəlki ilin eyni dövründə bu rəqəm 3 milyard 643 milyon 732 min manat təşkil edirdi.
Şirkətin portfelinin böyüməsində əsas rolu Repo əməliyyatları oynayıb. Bu seqmentdə dövriyyə 67 (1 milyard 420 milyon 880 min manat) genişlənərək 3 milyard 542 milyon 233 min manata yüksəlib.
Ən diqqətçəkən məqam isə səhm bazarındakı aktivlikdir. Şirkətin səhm əməliyyatları ötən ilə nisbətən 2,4 dəfəyə yaxın və 4 milyon 227 min manat təşkil edib.
Korporativ istiqrazlar üzrə əməliyyatlar 541 milyon 540 min manat təşkil edib.
Dövlət istiqrazları (Maliyyə Nazirliyi) ilə aparılan əməliyyatların həcmi 187 milyon 58 min manat olub.
Mərkəzi Bankın notları (ARMB) üzrə göstərici isə 32 milyon 582 min manat səviyyəsində qərarlaşıb.
Əqdlərin sayı 6 751 ədəd olub. Ötən il bu göstərici 9 301 əqd idi.










