"Unicapital İnvestisiya Şirkəti" ASC-nin birja dövriyyəsi məlum olub.
FED,az Bakı Fond Birjasının açıqladığı hesabata istinadən xəbər verir ki, şirkətin əməliyyatlarının həcmi 191,9 milyon manat olub.
Şirkətin ARMB qiymətli kağızları dövriyyəsi 31,4 milyon manat, dövlət istiqrazları dövriyyəsi 11,2 milyon manat, korporativ istiqrazlarının həcmi 61,6 milyon manat, repo əməliyyatlarının dövriyyəsi 87,7 milyon manat həcmində olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə korporativ istiqrazlarının həcmi 9,3 dəfə artıb.
Şirkətin cəmi əməliyyatlarının sayı isə 155 ədəd olub.
Qeyd edək ki, "Unicapital İnvestisiya Şirkəti" ASC 19.12.2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 300 min manatdır, qanuni təmsilçisi Vüqar Namazov Faiq oğludur.