«İnvest.Az İnvestisiya Şirkəti»nin dövriyyəsi 94% artıb.
FED.az xəbər verir ki, 2024-cü ilin yanvar ayında şirkətin birja dövriyyəsi 83,4 milyon manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 93,8% artıb.
Bu dövrdə QSC-nin dövlət istiqrazları üzrə dövriyyəsi 9,3 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 73,5 milyon manat, səhmləri isə 580,9 min manat olub.
Cari ildə il « İnvest.Az İnvestisiya Şirkəti»nin dövlət istiqrazları dövriyyəsi 9,3 dəfə, səhm əməliyyatları 11 dəfə, repo əməliyyatlarının dövriyyəsi 79,4% artıb.
Bu il «İnvest.Az İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı 59 ədəd və ya 35,3% artaraq 226-ya yüksəlib.