"Unicapital İnvestisiya Şirkəti" ASC-nin yanvar-avqust ayları üzrə birja dövriyyəsi məlum olub.
FED,az Bakı Fond Birjasının açıqladığı hesabata istinadən xəbər verir ki, şirkətin əməliyyatlarının həcmi 2 milyard 373 milyon manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 262,1 milyon manat və ya 12,4% çoxdur.
Şirkətin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 77,1 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 325,8 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 524,4 milyon manat, səhmləri üzrə dövriyyəsi 300 min manat, repo əməliyyatları üzrə dövriyyəsi 1 milyard 446 milyon manat həcmində olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə dövlət istiqrazları üzrə dövriyyəsi 2,1 dəfə (170,1 milyon manat), korporativ istiqrazları üzrə dövriyyəsi 2,1 dəfə (277,8 milyon manat), repo əməliyyatları üzrə dövriyyəsi 9,8% (128,9 milyon manat) artıb.
Şirkətin cəmi əməliyyatlarının sayı isə 1 281 ədəd və ya 50,7% artaraq 3 min 806-ya yüksəlib.
Qeyd edək ki, "Unicapital İnvestisiya Şirkəti" ASC 19.12.2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 300 min manatdır, qanuni təmsilçisi Vüqar Namazov Faiq oğludur.