«İnvest.Az İnvestisiya Şirkəti»nin dövriyyəsi 4 dəfədən çox artıb.
FED.az xəbər verir ki, 2024-cü ilin yanvar-iyun aylarında şirkətin birja dövriyyəsi 838 milyon manat təşkil edib. 2023-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 649,5 milyon manat və ya 4,4 dəfə artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızlar üzrə dövriyyəsi 4,9 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 136,5 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 12,5 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 68,2 milyon manat, səhmlər üzrə dövriyyəsi isə 1,8 milyon manat olub.
Cari ildə il « İnvest.Az İnvestisiya Şirkəti»nin dövlət istiqrazları dövriyyəsi 2,4 dəfə (80,3 milyon manat), korporativ istiqrazları üzrə dövriyyəsi 75% (5,3 milyon manat), səhm əməliyyatları 69,1% (744,1 manat), repo əməliyyatlarının dövriyyəsi 5,5 dəfə (558,2 milyon manat) artıb.
Bu ilin 8 ayı ərzində «İnvest.Az İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı illik müqayisədə 202 ədəd və ya 11,2% artaraq 2 002-yə yüksəlib.