"Unicapital İnvestisiya Şirkəti" ASC-nin yanvar-iyun ayları üzrə birja dövriyyəsi məlum olub.
FED,az Bakı Fond Birjasının açıqladığı hesabata istinadən xəbər verir ki, şirkətin əməliyyatlarının həcmi 1 milyard 767 milyon manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 221,6 milyon manat və ya 14,3% çoxdur.
Şirkətin ARMB qiymətli kağızları dövriyyəsi 70,9 milyon manat, dövlət istiqrazları dövriyyəsi 264,8 milyon manat, korporativ istiqrazlarının həcmi 463,8 milyon manat, səhm əməliyyatlarının dövriyyəsi 220 min manat, repo əməliyyatlarının dövriyyəsi 967,3 milyon manat həcmində olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə dövlət istiqrazlarının dövriyyəsi 83,3% (120,4 milyon manat), korporativ istiqrazlarının dövriyyəsi 3 dəfə (308,7 milyon manat), səhmlərinin dövriyyəsi 3,4 dəfə (154,9 min manat) artıb.
Şirkətin cəmi əməliyyatlarının sayı isə 285 ədəd və ya 13,1% artaraq 2 min 459-a yüksəlib.
Qeyd edək ki, "Unicapital İnvestisiya Şirkəti" ASC 19.12.2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 300 min manatdır, qanuni təmsilçisi Vüqar Namazov Faiq oğludur.