«İnvest.Az İnvestisiya Şirkəti»nin dövriyyəsi 3 dəfədən çox artıb.
FED.az xəbər verir ki, 2024-cü ilin yanvar-iyun aylarında şirkətin birja dövriyyəsi 495,8 milyon manat təşkil edib. 2023-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 350,3 milyon manat və ya 3,4 dəfə artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızları üzrə dövriyyə 4,9 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 86,3 milyon manat, korporativ istiqrazlarının dövriyyəsi 6,1 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 396,9 milyon manat, səhmlərin dövriyyəsi isə 1,6 milyon manat olub.
Cari ildə il « İnvest.Az İnvestisiya Şirkəti»nin dövlət istiqrazları dövriyyəsi 3,2 dəfə (59,2 milyon manat), korporativ istiqrazlarının dövriyyəsi 3 dəfə (4,1 milyon manat), səhm əməliyyatları 2,8 dəfə (1 milyon manat), repo əməliyyatlarının dövriyyəsi 3,4 dəfə (281 milyon manat) artıb.
Bu ilin 6 ayı ərzində «İnvest.Az İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı illik müqayisədə 475 ədəd və ya 43,6% artaraq 1 565-ə yüksəlib.