"Unicapital İnvestisiya Şirkəti" ASC-nin birja dövriyyəsi kəskin artıb.
FED,az Bakı Fond Birjasının açıqladığı hesabata istinadən xəbər verir ki, şirkətin əməliyyatlarının həcmi 2 milyard 741,6 milyon manat olub.
Bu illik müqayisədə 56,7% çoxdur.
Şirkətin ARMB qiymətli kağızları dövriyyəsi 435,7 milyon manat, dövlət istiqrazları dövriyyəsi 193,4 milyon manat, korporativ istiqrazlarının həcmi 393,3 milyon manat, səhmləri 346 min 125 manat, repo əməliyyatlarının dövriyyəsi 1 milyard 718,8 milyon manat həcmində olub.
ARMB qiymətli kağızları dövriyyəsi 65,3%, dövlət istiqrazlarının dövriyyəsi 3 dəfə, repo əməliyyatlarının dövriyyəsi 86,2% artıb.
Şirkətin cəmi əməliyyatlarının sayı da 0,7% artaraq 3 310-dan 3 334-ə yüksəlib.