"Unicapital İnvestisiya Şirkəti" ASC-nin yanvar-iyul ayları üzrə birja dövriyyəsi məlum olub.
FED,az Bakı Fond Birjasının açıqladığı hesabata istinadən xəbər verir ki, şirkətin əməliyyatlarının həcmi 2 milyard 129 milyon manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 344 milyon manat və ya 19,3% çoxdur.
Şirkətin ARMB qiymətli kağızları dövriyyəsi 72,8 milyon manat, dövlət istiqrazları dövriyyəsi 294,3 milyon manat, korporativ istiqrazlarının həcmi 473,5 milyon manat, səhm əməliyyatlarının dövriyyəsi 300 min manat, repo əməliyyatlarının dövriyyəsi 1 milyard 288 milyon manat həcmində olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə dövlət istiqrazlarının dövriyyəsi 2 dəfə (147,3 milyon manat), korporativ istiqrazlarının dövriyyəsi 2,4 dəfə (278,8 milyon manat), səhmlərinin dövriyyəsi 26,5% (62,9 min manat), repo əməliyyatlarının dövriyyəsi 9,2% (108,6 milyon manat) artıb.
Şirkətin cəmi əməliyyatlarının sayı isə 1 009 ədəd və ya 42,6% artaraq 3 min 375-ə yüksəlib.
Qeyd edək ki, "Unicapital İnvestisiya Şirkəti" ASC 19.12.2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 300 min manatdır, qanuni təmsilçisi Vüqar Namazov Faiq oğludur.