«İnvestAz İnvestisiya Şirkəti»nin dövriyyəsi 4 dəfədən çox artıb.
FED.az xəbər verir ki, 2024-cü ilin yanvar-iyul aylarında şirkətin birja dövriyyəsi 635 milyon manat təşkil edib. 2023-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 480,1 milyon manat və ya 4,1 dəfə artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızları üzrə dövriyyə 4,9 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 115 milyon manat, korporativ istiqrazlarının dövriyyəsi 9,3 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 504,1 milyon manat, səhmlərin dövriyyəsi isə 1,6 milyon manat olub.
Cari ildə il « İnvest.Az İnvestisiya Şirkəti»nin dövlət istiqrazları dövriyyəsi 3,7 dəfə (84 milyon manat), korporativ istiqrazlarının dövriyyəsi 30,2% (2,2 milyon manat), səhm əməliyyatları 72,5% (692 min manat), repo əməliyyatlarının dövriyyəsi 4,4 dəfə (388,3 milyon manat) artıb.
Bu ilin 7 ayı ərzində «İnvest.Az İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı illik müqayisədə 157 ədəd və ya 10% artaraq 1 734-a yüksəlib.