Qlobal texnologiya şirkəti, aylıq aktiv istifadəçi sayı 93 milyondan çox olan Uber gəlir və mənfəət proqnozunu yeniləyib.
Eləcə də bax: “Uber Azerbaijan” Bakıda çatdırılma xidmətini istifadəyə verib – Qiymətlər
FED.az xəbər verir ki, şirkət ABŞ-ın Qiymətli Kağızlar və Mübadilə Komissiyasına (SEC) təqdim etdiyi sənəddə 2021-ci ilin 3-cü rübü üzrə 25 milyon dollara yaxın EBITDA (faiz, vergi və amortizasiya xərclərindən öncəki mənfəət) gözlədiyini bildirib.
Xəbərdən sonra Uber-in səhmləri 7% bahalaşıb.
Xatırladaq ki, 2009-cu ild Ubercab kimi yaranan və ABŞ taksi bazarının 70%-dən çoxunu əlində saxlayan şirkət indiyə qədər mənfəətə çıxa bilməyib. Uber-in 2019-cu ildəki toplam zərəri 8 milyard dollardan çox, 2020-ci ildə isə 6,8 milyard dollar olub. Şirkət hazırkı nəticələri ilə tarixində ilk dəfə rübü mənfəətlə başa vurmağa yaxındır. (Marja)