“Uber” beynəlxalq texnologiya şirkəti bu gün Bakıda yeni çatdırılma xidmətini işə salıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Xidməti nağd pulla və ya proqram ilə əlaqələndirilmiş bank kartlı ilə ödəmək mümkündür. Belə ki, Xidmətin minimal dəyəri 2 manat təşkil edir — bu qiymətə ilk 5 dəqiqə və 3,5 kilometrlik gediş daxildir.
Qeyd edək ki, əşyaları göndərmək üçün istifadəçi əvvəlcə onları qablaşdırmalı, avtomobilə çatdırmalı və avtokuryerə təhvil verməlidir. Bağlamanın çəkisi 20 kiloqramdan artıq olmamalıdır.