Tesla şirkətinin səhmləri, Baş direktor İlon Maskın (Elon Musk) Twitter üzərindən Hertz ilə hələ müqavilə imzalamadıqlarını bildirməsindən sonra ucuzlaşıb.
Eləcə də bax: «Tesla»nın səhmləri «uçdu» - 1 trilyon dollar! - İlon Mask tarixin ən varlı adamıdır
FED.az xəbər verir ki, Musk, avtomobil icarəsi şirkəti Hertz-in keçən həftə açıqladığı 100 min ədədlik "Model 3 Sedan" elektromobili üçün 4,2 milyard dollarlıq müqavilənin indiyədək imzalanmadığını bildirib.
Tesla-nın səhmləri məlumatdan sonra bazarlar açılmadan əvvəlki əməliyyatlarda 6,9% ucuzlaşıb.
Teslanın səhmləri, Hertz-in elektrikli avtomobil icarəsi xidmətinə sərmayə qərarının ardından sonra 10% dəyər qazanmışdı. Bir səhmin dəyəri 1000 dollara qədər yaxınlaşmış, Teslanın bazar dəyəri isə ilk dəfə 1 trilyon dollara çatmışdı.
ABŞ şirkəti Hertz, nəqliyyat parkını böyütmək üçün 2022-ci ilin sonuna qədər 100 min Tesla sifariş verdiyini açıqlamışdı.(Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.