Məşhur iş adamı, elektromobil istehsal edən «Tesla» şirkətinin, «Space X» kosmik şirkətinin sahibi olan İlon Mask, öz innovativ layihələri ilə dünya iqtisadiyyatının tarixini yenidən yazır.
FED.az xəbər verir ki, oktyabrın 26-da «Tesla» şirkətinin bazar kapitallaşması 1 trilyon dolları keçib. Nəticədə şirkətin əsas payçılarından olan İlon Maskın sərvəti bir həftə ərzində 41 milyard dollar fantastik 270 milyard dollara çatıb.
İndiyədək heç kim belə böyük sərvətə sahib olmayıb. Bu «Forbes» jurnalının 1983-cü ildən bəri apardığı ölçmələr tarixində qeydə alınan ən yüksək göstəricidir.
Qeyd edək ki, «Tesla»nın səhmlərini qiyməti onsuz da son günlər sürətlə başalaşırdı. Rüblük hesabatın açıqlanmasından sonra «Tesla»nın böyük mənfəət əldə etdiyi məlum olmuşdu və nəticədə şirkətin səhmləri rekord vuraraq 907 dollara yüksəlmişdi.
Dünənki artım isə «Tesla»nın dünyanın ən böyük avtomobil icarəsi şirkətlərindən biri olan «Hertz» şirkəti ilə bağladığı uğurlu sövdələşmə ilə bağlıdır.
Müqaviləyə əsasən «Hertz Global Holdings Inc» şirkəti «Tesla»dan 100 min ədəd elektromobil alacaq, onların əksəriyyəti «Tesla Model 3»dür. Bu – elektromobillərin satışı ilə bağlı dünyada indiyədək bağlanmış ən byöük müqavilə və sifarişdir.
Sövdələşmə barədə məlumat açıqlanan kimi, Nyu-York fond birjasında «Tesla»nın səhmlərinin qiyməti «uçub». Qiymətlər 9% artaraq 1000 dolları keçib. Nəticədə «Tesla»nın bazar kapitallaşması 1 trilyon dollar həddini aşıb.
«Tesla»nın bahalaşması onun bütün səhmdarlarının, o cümlədən İlon Maskın sərvətini artırıb. Birjada hərracların sonunda Maskın sərvəti 271,3 milyard dollara çatıb. Bu bir həftə əvvəlkinə nisbətən 41,7 milyard dollar artıqdır. Ekspertlər artıq şübhə etmirlər ki, yaxın vaxtlarda Maskın ümumi sərvəti 300 milyard dollarlıq həddi keçəcək.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.