"Partner Finance" Qapalı Səhmdar Cəmiyyəti istiqraz yerləşdirilməsi yolu ilə 500 min manat cəlb etməyi planlaşdırır.
“GL” ASC-nin səhmlərinə 1 investor, 1 sifariş - TƏQDİM EDİB
FED.az xəbər verir ki, "Partner Finance" QSC hər birinin nominal dəyəri 1000 Azərbaycan manatı olan 500 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar biraxır.
Tədavül müddəti 3 il olan istiqrazlar üzrə illik gəlirlilik təklifi 10%-dir. İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə bir dəfə ödəniləcəkdir.
"Partner Finance" QSC maliyyə lizinqi bazarında rəqabət aparır. Təşkilat daşınar və daşınmaz əmlakların maliyyı lizinqinə verilməsi sahəsində fəaliyyət göstərir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.