"Unicapital İnvestisiya Şirkəti" ASC-nin yanvar-noyabr ayları üzrə birja dövriyyəsi məlum olub.
FED,az Bakı Fond Birjasının açıqladığı hesabata istinadən xəbər verir ki, şirkətin əməliyyatlarının həcmi 3 milyard 266,6 milyon manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 332,4 milyon manat və ya 11,3% çoxdur.
Şirkətin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 77,1 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 455,7 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 765,4 milyon manat, səhmləri üzrə dövriyyəsi 1,6 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 1 milyard 966,6 milyon manat həcmində olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə dövlət istiqrazları üzrə dövriyyəsi 2,2 dəfə (252,5 milyon manat), korporativ istiqrazları üzrə dövriyyəsi 71,4% (318,8 milyon manat), səhmlər üzrə dövriyyəsi 1,3 milyon manat (4,7 dəfə), repo əməliyyatları üzrə dövriyyəsi 6,8% (332,4 milyon manat) artıb.
Şirkətin cəmi əməliyyatlarının sayı isə 4 697 ədəd və ya 2,3 dəfə artaraq 8 min 538-ə yüksəlib.
Qeyd edək ki, "Unicapital İnvestisiya Şirkəti" ASC 19.12.2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 300 min manatdır, qanuni təmsilçisi Vüqar Namazov Faiq oğludur.