2026-cı ilin yanvar ayında "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin birja dövriyyəsi 2 milyard 335 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən ilin yanvar ayında şirkətin dövriyyəsi 3 milyard 894 milyon manat idi.
Bu dövrdə PAŞA Kapital"ın repo əməliyyatları üzrə dövriyyəsi 1 milyard 874 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 400,5 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyəsi 49,9 milyon manat, ARMB qiymətli kağızları üzrə dövriyyəsi isə 11 milyon manat olub. Şirkət bu dövrdə səhm əməliyyatları həyata keçirməyib.
Dövriyyədəki ümumi azalmaya baxmayaraq, "PAŞA Kapital" dövlət istiqrazları bazarında öz fəallığını kəskin şəkildə artırıb. Belə ki, bu sahədə şirkətin dövriyyəsi 400 milyon manat artaraq ötən ilə nisbətən 715 dəfəlik kəskin artım göstərib. Hesabat dövrünün nəticələrinə görə, «PAŞA Kapital»ın əməliyyatlarının sayı 49 ədəd (8,3%) artımla 642-ə bərabər olub











