2026-cı ilin yanvar ayında "İnvest-Az İnvestisiya Şirkəti" QSC-nin birja dövriyyəsi 218,1 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 128,2 milyon manat və ya 2,4 dəfə artıb.
Bu dövrdə şirkətin əməliyyatlarının demək olar ki, hamısı repo əməliyyatlarının payına düşüb. Dövriyyənin 218 milyon manatı məhz bu seqmentdə qeydə alınıb ki, bu da ötən illə müqayisədə 142,2 milyon manat və ya 2,4 dəfə artım deməkdir.
Bu dövrdə «Invest-Az» investisiya şirkətinin ötən il olan bəzi inevstisiya alətləri üzrə əməliyyatları olamyıb. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar ayında şirkətin dövlət istiqrazları üzrə 12,9 milyon manat, korporativ istiqrazlar üzrə isə 2 milyon manat dövriyyəsi olmuşdu. Bu il isə bu seqmentlərdə heç bir əməliyyat aparılmayıb. Şirkətin yalnız səhm əməliyyatları üzrə dövriyyəsi qeydə alınıb və dövriyyəsini 42 min manat (99,7%) artıraraq 84,6 min manata çatdırıb.
Cəmi əməliyyat sayı isə 168 olub ki, bu da illik 73 ədəd və ya 76,8% artım deməkdir.











