Korporativ qiymətli kağızların bazar dövriyyəsi həcmi 2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin sonuna rəqəm 135 faiz artaraq 1 milyard 30 milyon manata çatmışdır.
"Korporativ qiymətli kağızlar bazarının dərinləşdirilməsi istiqamətində də tədbirlər həyata keçiriləcək"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinin direktoru Umeyra İbrahimova 12-ci Beynəlxalq "Caspian Investment Forum"da bildirib.
O bildirib ki, başqa bir müsbət tendensiya korporativ qiymətli kağızlar bazarının ticarət dövriyyəsinin artmasıdır.
"Belə ki, Bakı Fond Birjasının açıqladığı statistikaya əsasən, ümumilikdə korporativ qiymətli kağızlar bazar dövriyyəsi 2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin sonuna rəqəm 135 faiz artaraq 1 milyard 30 milyon manata çatmışdır. Bu da olduqca qürurverici bir haldır. Əlbəttə ki, gələcək planlarımız daha genişdir və cari il ambisiyalı hədəflərimiz var" - deyə o öz çıxışında məlumat verib.