6 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Optimal Elektronika" MMC-nin ümumi dəyəri 2 milyon 500 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumatda bildirilir ki, 9 dekabr 2021-ci il tarixində "Optimal Elektronika" MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazların faiz dərəcəsi 12%, kupon faizlərinin ödəniş müddəti hər altı aydan birdir.
Xəbər verdiyimiz kimi, "Optimal Elektronika" MMC 5 milyon manatlıq istiqraz buraxıb. Emissiya hər birinin nominal dəyəri 1000 manat olan 5000 ədəd istiqrazdan ibarətdir.
İstiqrazların hər biri 2,5 milyon manatlıq olmaqla iki tranşda yerləşdirilməsi nəzərdə tutulub. İlk tranşın yerləşdirilməsi üzrə hərrac 23 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında keçirilib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.