Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "MJ Financial Services" ASC bank olmayan kredit təşkilatının (BOKT) 4 800 160 manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.
"MJ Financial Services" BOKT nizamnamə kapitalını 16 dəfə artırır
Bu barədə FED.az-a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 30 001 manat olan 160 ədəd səhm abunə yazılışı üsulu ilə investorlara təklif olunub. Hərraca 2 investor 4 800 160 manatlıq 2 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Bununla da, BOKT-un nizamnamə kapitalı 17 dəfə artıraraq 300 010 manatdan 5 100 170 manata çatıb.
Xatırladaq ki, "MJ Financial Services" 2019-cu ildə yaradılıb. BOKT-un təsisçiləri Camal Aydınov və Mədəd Rüstəmovdur.











