Amerikalı iş adamı və milyarder İlon Mask (Elon Musk) bildirib ki,qurucusu olduğu Teslanın səhmlərini ən azı il yarım satmayacaq.
İlon Mask Tesla səhmlərinin bir hissəsini təxminən 4 milyard dollara - SATDI
FED.az xəbər verir ki, "Mən ən azı 18-24 ay Tesla səhmi satmayacağam. Mənə inana bilərsiniz - bəlkə də, 2025-ci ilə qədər birja satışı olmayacaq", - Twitter Spaces audio söhbətində danışan Mask bildirib.
Son vaxtlar Teslanın səhmlərinin qiyməti Maskın aldığı Twitter-ə daha çox diqqət yetirəcəyi qorxusundan aşağı düşüb. Xüsusilə, investorlar Maskın sosial şəbəkəni əldə etmək və maliyyə vəziyyətini sabitləşdirmək üçün Tesla-nın səhmlərini kütləvi şəkildə satdığını müşahidə ediblər.
Cümə axşamı Maskın açıqlamasından sonra Tesla-nın səhmlərinin qiyməti 3% artaraq 129,23 dollara çatıb.
Amerika şirkəti Tesla Motors 2003-cü ildə elektrik avtomobilləri və onlarla əlaqəli texnologiyaların tərtibatçısı və istehsalçısı kimi təsis edilmişdir. Qərargah Kaliforniyanın Palo Alto şəhərində yerləşir. Elektrikli nəqliyyat vasitələri ilə yanaşı, şirkət öz texnologiyasından istifadə edərək akkumulyatorlar və elektrik mühərrikləri də istehsal edir və onu Toyota və Daimler kimi digər avtomobil şirkətlərinə satır.
Mask, iqtisadiyyatın 2023-cü ildə "ciddi tənəzzül" içində olacağını və "big-ticket" məhsullarına (avtomobil və ya mebel kimi alınması bahalı olan əşyalar) tələbatın daha az olacağını proqnozlaşdırdığını söyləyib. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.