Məşhur sahibkar İlon Mask elektrikli avtomobil istehsalçısı Tesla-dakı payının bir hissəsini ümumilikdə təxminən 4 milyard dollara satıb.
Eləcə də bax: “Twitter” işçilərinin - 50%-Nİ İXTİSAR EDİB
FED.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" çərşənbə axşamı ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) daxil olan hesabatlara istinadən məlumat yayıb.
Məlumata görə, sahibkar Twitter-i aldıqdan bir həftə sonra (4-8 noyabr tarixləri arasında) ümumilikdə 3,95 milyard dollara 19,5 milyon Tesla səhmini satıb.
Noyabrın əvvəlindən etibarən birjada Tesla-nın qiymətli kağızlarının qiyməti hər səhmə görə 227 dollardan 191 dollara qədər düşüb. Reuters-in qeyd etdiyi kimi, investorlar qorxurlar ki, Twitter-i alan İlon Mask elektromobillər sahəsinə kifayət qədər diqqət yetirmir, halbuki bu seqmentdə rəqabət artmaqdadır.
2022-ci ildə İlon Mask Tesla şirkətininin cəmi 19 milyard dollarlıq qiymətli kağızlarını satıb.
Oktyabrın 27-də İlon Mask eyni adlı sosial şəbəkənin sahibi olan Twitter-i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. Mask Twitter-i aldıqdan dərhal sonra şirkət rəhbərliyinin bir sıra üzvlərini işdən çıxarıb. Daha sonra Bloomberg, sahibkarın Twitter işçilərinin təxminən yarıya qədərini ixtisar etməyi planlaşdırdığını yazıb.
Tesla Korporasiyası 2003-cü ildə Elon Musk (İlon Mask) tərəfindən təsis edilib. Onun baş ofisi Texas ştatının Ostin şəhərində yerləşir. Əvvəlcə şirkət sırf elektriklə işləyən avtomobillərin istehsalında ixtisaslaşsa da, sonradan günəş panelləri də yaratmağa başlayıb. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.