17 may 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “MAX” MMC-nin ümumi dəyəri 500 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
“Partner Finance”ın istiqrazlarını gözlənildiyi kimi - 1 İNVESTOR ALD
Bu barə FED.az-a Birjadan bildirilib.
Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazarın sayı 500 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 13%, tədavül müddəti 24 ay, faizlərin ödəniş müddəti 90 gündən birdir.
23 may 2023-cü il tarixində Bakı Fond Birjasında “MAX” MMC-nin ümumi dəyəri 500 min manat olan istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.