17 may 2023-cü il tarixində Bakı Fond Birjasında “Partner Finance” QSC-nin tədavül müddəti 3 təqvim ili, nominal dəyəri 1000 manat olan AZ2005021962 dövlət qeydiyyat nömrəli, 500 min manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 10%, faiz ödəniş dövrü isə ildə bir dəfə (bir ilin 360 gün olduğunu qəbul etmək şərti ilə) təşkil edir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 500 min manat, yerləşdirilmiş həcmi də 500 min manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 17.05.2026-cı ildir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.