31 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank” ASC-nin buraxılış həcmi 50 milyon manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
«Kapital Bank»ın səhmdarları açıqlandı – ADLAR, PAYLAR
FED.az xəbər verir ki, Birjanın yaydığı məlumata görə, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 3-7 iyun 2024-cü il tarixləri aralığında "Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı baş tutacaqdır.
İstiqrazlar üzrə yerləşdirmə 10 iyun 2024-cü il tarixində baş tutacaqdır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Kapital Bank” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2009005151
İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
İstiqrazın sayı: 500,000 (ədəd)
İlkin ticarət qiyməti: 100 manat
Buraxılış həcmi: 50,000,000 manat
İllik gəlirlilik faizi: 10%
Ödəmə Periodu: İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir
Tədavül müddəti: 1 il
Anderrayter: “Paşa Kapital İ.Ş” QSC
Ticarətə buraxılma tarixi: 10.06.2024
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı